İran İslam Respublikasından tranzit keçməklə Naxçıvan-Bakı istiqamətində hərəkət edən 99ZC683 qeydiyyat nömrəli “MERCEDES BENZ” markalı qarışıq yük aparan yük nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Naxçıvan Baş Gömrük İdarəsindən bildirilib.
İdarə əməkdaşları yoxlama zamanı rentgen qurğusunda şübhəli monitor təsvirləri əsasında ölkə ərazisinə qanunsuz yolla gətirilən üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar ediblər.
Avtomobilin qoşqusunda yüklərin arasında gizlədilmiş Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 2080 qutu (41600 ədəd) “Marlboro”, 920 qutu (18400 ədəd ) “Parlament” siqaretləri aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.