Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin miqyası artmaqda davam edir və vəziyyət təhdidedici xarakter alır.
Bunu müxalif “Ermənistan” blokunun deputatı Aqnessa Hamoyan deyib.
"Bundan əlavə, ölkədəki dəhşətli statistikaya baxmayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin yeni strategiyası hələ də hazır deyil və indiki strategiya hələ 2014-cü ildə qəbul edilib", - Hamoyan parlamentin iclasında deyib.
Eyni zamanda, onun sözlərinə görə, polisin müəyyən addımlarına baxmayaraq, son 5 ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinin dinamik artımı davam edib. Belə ki, 2023-cü ilin 10 ayı ərzində 3 934 belə cinayət faktı qeydə alınıb. Ötən ilin analoji dövrünün göstəricisi 1 631-dir.
“Əslində artım 141% olub. Bunlar isə sadəcə açılmış hallardır”, - deputat qeyd edib.
Eyni zamanda, 2023-cü ilin yanvar-sentyabr aylarında hüquq-mühafizə orqanları tərəfindən 110 kq-a yaxın narkotik vasitə götürülüb. Eyni zamanda, 2022-ci ilin eyni dövrü üçün bu göstərici cəmi 69 kq olub.