Rusiya Dövlət Duması Telegram-da məşhur olan Hamster Kombat oyununu qadağan etməyi təklif edib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov deyir ki, belə bir oyun insanlara mənfi təsir göstərir və saxtakarlığın başqa bir növü ola bilər. O, fikirlərini Rusiyanın qəzetlərindən birinə açıqlamasında bildirib:
“Belə şeylərə son qoyulmalıdır. Məncə, bu, açıq-aşkar bir fırıldaqdır. Vətəndaşların psixologiyasının manipulyasiyası və istifadəsidir. Xüsusən də işləmək istəməyənlər, minimum zəhmətlə oynayıb varlanmaq arzusundadırlar”, - deputat qeyd edib.
Oyunun ən son video cəmi 22 saat ərzində 5 milyondan çox baxış toplayıb. Aksakov bunu "xəstəlik" adlandırıb.