Ölkədə qeydə alınan ölüm hallarının sayı açıqlandı

Bu ilin ilk iki ayında ölkədə 10 min 461 ölüm halı qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Qeyd olunub ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,2-dən 6,3-ə qədər artıb.