Ölkədə küləkli və yağıntılı hava şəraiti sabah axşamadək davam edəcək - Faktiki HAVA

İyunun 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 11:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Qusarda 50 mm, Zaqatalada (Əlibəy) 25 mm, Gədəbəydə 22 mm, Beyləqanda 16 mm, Qrızda 14 mm, Daşkəsəndə 13 mm, Qubada 10 mm, Ağdamda 9 mm, Ağdam, Qaxda 8 mm, İmişli, Xınalıq, Şahdağ, Şəki, Göygöl, Şamaxı, Qəbələ, Naftalan, Sabirabad, İsmayıllı, Qobustan, Oğuz, Balakən, Xaltan, Göyçay, Gəncə, Tərtər, Mingəçevir, Altıağac, Ağsu, Kürdəmir, Yevlax, Naftalan, Şəmkir, Naxçıvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 24-28 m/s, Naftalanda 24 m/s, Goranboyda 23 m/s, Neftçalada 20 m/s, Culfa, Mingəçevir, İsmayıllıda 18 m/s, Göygöldə 17 m/s, Gəncədə isə 16 m/s-dək güclənib.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyunun 2-si axşamadək davam edəcək.