Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitan Fəxrəddin Nəsirovun məzarından ürək dağlayan görüntülər yayılıb.
Sosial şəbəkələrdə paylaşılan videoda mərhum polis kapitanının oğlu atasının məzarı üzərinə güllər düzür.
Xatırladaq ki, iyulun 6-da saat 00 radələrində paytaxtın Suraxanı rayonunda axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Səlahəddin oğlu Məmmədov polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib. M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib. Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib. Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.