Meymunçiçəyi virusu "çiçəkkimilər" qrupuna aiddir. Dünyanın dörd ağır karantin infeksiyasından biri olan "təbii çiçək" də bu qrupa aiddir. Lakin meymunçiçəyinin ağırlıq dərəcəsi onunla müqayisə edilə bilməz. Hazırda ikinci əvvəlkilərdən təhlükəlidir.
Stopnarkotik.az xəbər verir ki, bu sözləri axar.az-a həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla meymunçiçəyi xəstəliyi ilə bağlı yaranan vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, xəstəlik təmas vasitəsi ilə yayılır və tibbi müalicəsi yoxdur:
"Afrikada konkret epidemioloji ocağın peyda olması səbəbindən ÜST tərəfindən fövqalədə hal kimi qiymətləndirilib. Düzgün dəyərləndirmədir. Yəni bu, bütün imkanların və ictimai səhiyyənin səfərbərliyini nəzərdə tutur. Xəstəlik çox ağır əlamətlərlə başlayır. 3 həftəyə kimi inkubasiya dövrü var. Yüksək hərarət, halsızlıq, bel-əzələ, baş ağrıları, dəridə içi maye ilə dolu ağ və sarı qabarların yaranması ilə xarakterizə olunur. İmmun sistemi zəif olanlarda ölümlə də nəticələnə bilər. Xəstəliyin seroloji testi yoxdur. Diaqnostikada xeyli çətinliklər var. Təbii çiçəyə aid antiviral dərmanlar da yoxdur. Vaksin var. Bəzən də peyvəndlərin hazırlanıb yayılması ilə xəstəliyin yayılması arasında fərq olduğuna görə, bəzən vaksinasiya da vaxtında effekt vermir. Hər şey vaxtında tədbir görməkdən asılıdır".
Həkimin sözlərinə görə, bu xəstəlik ciddi fəsadlar yaratmadan təbdir görülməlidir:
"Narahat olmağımıza əsas var. Ciddi yanaşmalıyıq. Hər kəs məsuliyyətli olmalıdır. Ciddi karantin tədbirləri görülməlidir. Epidemik ocaqlar olan yerə giriş-çıxış ciddi nəzarət altında olmaldır. Hospitalizasiya dərhal həyata keçirilməldir. Ayrıca xəstəxanalar olmaldır. Çünki xəstəlik təmas vasitəsi ilə yayılır. Bu, intensiv də yayıla bilər. Çünki insanlar daima bir-biri ilə təmasdadılar. Sərhəddə, ölkəyə keçən şəxslər ciddi nəzarətə alınmalıdır. Xəstəliyin vaxtında lokallaşdırılması üçün bütün tədbirlər görməliyik".