Oğuzda “Mercedes” aşdı, 4 müəllim xəsarət aldı - YENİLƏNİB

Oğuzda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimlikləri məlum olub.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, qəzada xəsarət alanların hamısı, sürücü 1989-cu il təvəllüdlü Leyla Rzayeva, sərnişinlər 1977-ci il təvəllüdlü Aynurə Sərkərova, 1987-ci il təvəllüdlü Nuranə Rüstəmova və Cəmalə İsgəndərova Oğuz rayonu Qarabulaq kənd orta məktəbinin müəllimləridir.

***15:02

Oğuzda minik avtomobili aşıb.

Hadisə bu gün rayonun Böyük Söyüdlü kəndinə gedən avtomobil yolunda baş verib. İlkin məlumata görə, Oğuz rayon sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada xəsarət alanlar olub. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.

Faktla bağlı araşdırma aparılır.