Oğuzda 36 yaşlı kişi döyülüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, oktyabrın 27-dən 28-nə keçən gecə 1987-ci il təvəllüdlü Tərtər rayon sakini Nicat Yaşar oğlu Abbasov bədənin küt travmaları ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Oğuz RMX-də N.Abbasova ilkin yardım göstərildikdən sonra müayinəsini davam etdirmək üçün Şəki RMX-yə göndərilib.
N.Abbasova hansı şəraitdə və kim tərəfindən xəsarət yetirilməsi Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.