Oğuz sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Stopnarkotik.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Rəsulov Rəsul İsrail oğlu başından ağır travma diaqnozu ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq o, axşam saatlarında xəstəxanada ölüb.
Məlumata görə, 50 yaşlı R.Rəsulov spirtli içki aludəçisi olub və yıxılaraq başından ağır travma alıb.
Faktla bağlı araşdırma aparılır.