Oğuz sakini babasından qalan silahı polisə təhvil verib - FOTO

Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, Oğuz  Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini  N.Daşdəmirov bir neçə il öncə dünyasını dəyişən babasından qalan, R.Qarayev isə tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib.