Səbail rayonu ərazisində bir nəfərin velosipedinin üzərindəki çantanı, bir nəfərin isə velosipedini oğurlamaqda şübhəli bilinən Tunar Mikayılov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, T.Mikayılov Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Onun müxtəlif vaxtlarda Nəsimi rayonu ərazisində ayrı-ayrı ünvanlardan daha 3 velosiped oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar aparılır.