Nəsimi rayonu ərazisində yerləşən restoranların birindən bir nəfərə məxsus mobil telefon oğurlanıb.
Stopnarkotik.az xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Məmmədova saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Bundan başqa, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyası oğurlayan 22 yaşlı A.Qulizadənin, Nərimanov rayonunda isə bir nəfərə məxsus 2000 manat dəyərində mobil telefonu talayan 35 yaşlı A.Əliyev də saxlanılıb.
Araşdırmalar aparılır.
Stopnarkotik.az