Oğurluqla əlaqədar dəfələrlə məhkum olunan qadın yenə "ilişdi"

Martın 9-da Yasamal rayonu ərazisində mənzillərin birindən geyim əşyaları və içərisində 2 ədəd mobil telefon, bank kartı, açar, sənəd olan əl çantasının oğurlanması, həmin bank kartından isə 93 manat pulun çıxarılması barədə polisə məlumat daxil olub.  

Stopnarkotik.az xəbər verir ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əvvəllər də dəfələrlə məhkum olunan qadın saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.