Oktyabrın 10-da gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər oğurluğa görə məhkum olunmuş 26 yaşlı E.Həsənov müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, o, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.