Oğurluğa görə həbs olundu, digər cinayətləri də ortaya çıxdı... - FOTO

Lənkəran rayonu ərazisindəki evlərdən birindən oğurluq etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılan və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən Mirzəyev Anarın rayonun Liman şəhəri ərazisində daha iki evdə oxşar cinayət hadisələri törətdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əlavə tədbirlərlə onun oğurluq etdiyi evlərdə zərərçəkənlərə 6400 manat maddi ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.