"Oğru dünyası" ilə bağlantılı şəxslər həbs edildi

Gürcüstanda “oğru dünyası” ilə bağlantısı olan 8 nəfər həbs edilib, daha üç nəfərə isə qiyabi ittiham irəli sürülüb.
Stopnarkotik.az xəbər verir ki, həbslər Tbilisi, Kvemo Kartli və Sameqreloda həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təqsirləndirilən şəxslər “qanuni oğruların” əmrlərini yerinə yetirib, “oğruların hesablaşmaları” təşkil edib, maliyyə mübahisələrini həll ediblər.
Təqsirləndirilən şəxslərin evlərində polis xaricdəki “qanuni oğrularla” əlaqə saxladıqları kompüter avadanlığı və mobil telefonları ələ keçirib. İstintaq davam edir; təqsirləndirilən şəxsləri 15 ilə qədər həbs gözləyir.
Stopnarkotik.az