Kolumbiya Senatının komitəsi marixuananın leqallaşdırılması ilə bağlı qanun layihəsini təsdiqləyib və səsverməyə göndərib. Stopnarkotik.az xəbər verir ki, informasiyanı “marijuanamoment.net” saytı açıqlayıb.
Bu aksiya ancaq gələn il prezidentin imzasını almalıdır, amma necə deyərlər, perspektiv kifayət qədər yaxşıdır. Xüsusilə də nəzərə alsaq ki, prezident Qustavo Petro narkotiklərin, o cümlədən kokainin beynəlxalq kriminallaşdırılmasına son qoymağı müdafiə edir.
Bu yaxınlarda ABŞ-a səfər edən Kolumbiya Prezidenti Nyu Yorkda necə "hər yerdə marixuananın qoxusunu hiss etdiyini" paylaşdı və bunu ABŞ-da çox yaxşı dövriyyəsi olan qanuni marixuana satışının ört-basdır edilməsi ilə əlaqələndirdi.
Stopnarkotik.az