NƏSİMİDƏ ƏMƏLİYYAT: narkotik satan şəxs ələ keçdi

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Daxil olan məlumat əsasında Nəsimi rayonu ərazisində keçirilən əməliyyat nəticəsində 42 yaşlı Z.Məmişov saxlanılıb. Onun üzərindən 1 kiloqramdan çox heroin və marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.