Nəsimidə ağacların kəsilməsi faktı üzrə 4 nəfər saxlanıldı

Bakının Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.

Daxili İşlər Nazilyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər müəyyən olunaraq saxlanılıb.

"Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir", - məlumatda qeyd olunub.