Rusiyada yazıçı Nikolo Albonun dünya narkomafiya şəbəkəsini ifşa edən “Siçovul cığırı. Narkotik mafiyası dünyanı necə idarə edir” adlı kitabı nəşr olunub.
Stopnarkotik.az xəbər verir ki, kitab dünyada narkotiklərin istehsalı və yayılması ilə məşğul olan cinayətkar mafiya qruplarının fəaliyyətindən bəhs edir.
Burada Latın Amerikasının böyük qaniçən narkokartelləri, Birmanın tiryək istehsal edən dağlıq əraziləri və Əfqanıstan narkotik ticarəti haqqında hekayələr var. Bu hekayələr tamahkarlığın bütün cəmiyyətləri necə məhv etdiyinə dair böyük hekayənin bir hissəsidir.
Son onilliklər ərzində narkotiklərin istehsalı və yayılması ilə məşğul olan kriminal sindikatlar beynəlxalq təhlükəyə çevrilib. Onların bəziləri sərvətlərinə görə kiçik Avropa ölkələri ilə rəqabət aparır, tank və təyyarələrlə silahlanırlar. Planetin bəzi regionlarında narkotik mafiyası hətta dövlət aparatını da nəzarətə götürə bilib.
Stopnarkotik.az