Türkiyədən mühacirət etmiş Dilan Yeşilgez-Zegerius Niderlandın baş naziri postunu tutan ilk qadın ola bilər.
Stopnarkotik.az xəbər verir ki, anketlərdə hazırkı baş nazir Mark Ruttenin yerinə “Azadlıq və Demokratiya Uğrunda” Xalq Partiyasının lideri olan Yeşilgez öndədir.
Yeşilgezin seçki kampaniyasında əsas hədəfi miqrant probleminin həlli vədidir.
Onun sözlərinə görə, miqrasiya ilə bağlı fikirləri öz təcrübəsindən formalaşıb.
Dilanın üç yaşında ikən dövlət çevrilişindən sonra valideynləri Türkiyədən köçüblər. Bir neçə il sonra İraq və İran vasitəsilə Hollandiyaya keçiblər.
Yeşilgezdən başqa, baş nazir postu uğrunda Avropa İttifaqının keçmiş iqlim rəhbəri Frans Timmermans, anti-islam ritorikası ilə çıxış edən partiyanın lideri Geert Wilders və mərkəzçi Peter Omzig də mübarizə aparır.