Narkotikin müxtəlif ölkələrdə fərqli “rəngarəng” tarixçəsi var. Məsələn, bilirsinizmi ki, 20-ci əsrin ilk illərində Hollandiyada qanuni kokain fabriki olub? Narkotiki digərlərindən daha tez leqallaşdıran ölkələrdən biri Hollandiyadır. Amma bu ölkədə narkotikin geniş yayılmış istifadə tarixi yeni dövrə aid deyil. Əksinə, artıq Birinci Dünya Müharibəsi illərində Hollandiyada kokain leqal idi. Belə ki, o dönəmdə "Hollandiya Kokain Fabriki" fəaliyyət göstərirdi.
Stopnarkotik.az xəbər verir ki, 30 sentyabr şənbə günündən etibarən Arnem şəhərində "Hollandiya Kokain Fabriki" açıq hava muzeyində nümayiş etdiriləcək. Birinci Dünya Müharibəsi zamanı qanuni “ağ qızıl” – kokain ticarətini xatırladan musiqili tamaşa göstəriləcək.
Çoxlarının bilmədiyi şey isə qanuni koks ticarətinin 1914-1918-ci illərdə qəribə forma almasıdır. Ardınca da koka ticarəti var-dövlət və lənət gətirdi.
Kokain ticarəti müharibənin gətirdiyi çətin günlərə tab gətirmək məcburiyyətində qalan insanların ağrısını və ölüm qorxusunu yüngülləşdirdi və külli miqdarda pul gətirdi. Ancaq hər şey yaxşı deyildi. Hazırda cəmiyyət zorakı narkotik cinayətlərinin girovuna çevrilib. Koks sənayesinin qaranlıq dünyası və narkotik istifadəsi qarşısı alınmayacaq qədər - tibbi istifadədən tutmuş, asılılıq yaradan maddələrin qeyri-qanuni ticarətinə qədər irəliləyib. Konni Braamın “Hollandiya Kokain Fabriki Səyyahı” kitabındakı hekayə, 1914-cü ildən 1918-ci ilə qədər Birinci Dünya Müharibəsi zamanı kokain satıcısı olan Lyusiendən bəhs edir. Tafel van Veyf adına Musiqili Teatrının bədii rəhbəri, bəstəkar/musiqiçisi Mişel Şröders deyir ki, "Bu fabrik həqiqətən var idi, bu məxfi deyildi, Amsterdamda adi, çox qanuni bir şirkət idi".
“Bu hekayə nəticələrini bu gün də hiss etdiyimiz sistemi ortaya qoyur. Çoxlu pul gətirəndən sonra, məhsul və sistem üçün ciddi pis sonuc versə belə, ticarət zənciri çətin ki dayandırıla bilsin”, deyə Şrröders qəzetə izah edir.
Müharibə və koka
Birinci Dünya Müharibəsinin ən pis məqamı səngər müharibəsi olub. Əsgərlər qeyri-insani çətinliklərə dözməli olublar və bu səngər döyüşlərində milyonlarla əsgər ölüb. Kokain isə ağrıları sakitləşdirən və əsgərləri səngərdən çıxaran dərman idi. Səyahətçi narkotik satıcısı Lusien kokain satmağa başladı və tezliklə kokainin çoxlu pul gətirdiyini gördü. Bu “ağ qızıl” biznesi idi. Heç kim buna təəccüblənmədi və şübhə etmədi.
Bu göstərir ki, keçmişdə qəbul edilmiş mühüm qərarların gələcəkdə daha da böyük nəticələri olur. Çox vaxt geriyə dönüş olmur. Hələ bu biznes çox pul gətirirsə, əlbəttə ki, heç bir geri dönüş ola bilməz. Narkotik alveri özüylə sosial fəsadlar də gətirir. Ard-arda rezonans doğurur. Son nəticə isə ağır narkotik ticarətinin tarixi ilə ona ayrılmaz şəkildə bağlı olan narkotik və mütəşəkkil cinayətkarlığa qarşı müharibə gətirir, hansı ki, qarşısı heç bir vəchlə alına bilmir.
Stopnarkotik.az