"Neftçi" və "Qarabağ" azarkeşləri arasında insident - SAXLANILANLAR VAR

Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən "Neftçi"-"Qarabağ" oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən açıqlamada bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, dörd nəfər saxlanılaraq ərazi üzrə polis şöbəsinə gətirilib.

Məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Neftçi" - "Qarabağ" görüşü qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.