Dekabrın 17-dən 22-dək olan müddətdə rayon ərazisində yerləşən marketlərin birindən 1639 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev müəyyən olunaraq saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, Ə.Abdullayev Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçib.
Hazırda faktla bağlı araşdırma aparılır.