Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini Kamran Əliyev rayon ərazisində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram marixuana aşkar edilib.
Araşdırmalar zamanı K.Əliyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından aldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.