Almaniya və Avropa kokain fırtınasındadırlar. Almaniya Federal Kriminal Polis İdarəsinin (BKA) məlumatına görə, qlobal kokain ticarəti Cənubi Amerikada (Kolumbiya, Boliviya, Peru) həddindən artıq narkotik istehsalı səbəbindən bir neçə aydır ki, Aİ ərazisini kokain axını altında saxlayır.
Stopnarkotik.az-ın verdiyi xəbərə görə, təhlükəsizlik idairələri BILD-ə bildiriblər ki, təkcə Almaniyada 2023-cü ildə 43 ton kokain müsadirə edilib ki, bu da əvvəlki illə müqayisədə (20 ton) iki dəfədən çoxdur. İndi Federal Daxili İşlər Naziri Nensi Fayzer (53, SPD) işə qarışıb. O, BILD-də kokainlə bağlı həyəcan təbili çalır: “Biz maksimum istintaq təzyiqi ilə narkotik kartellərinə müharibə elan edirik. Çünki kokainin Avropaya axını insanları məhv edir və kartellərin milyardlarla gəlir əldə etməsinə səbəb olur”.
Fayzer, "Biz Almaniyada bəzi Avropa ölkələrində artıq müşahidə etdiyimiz mütəşəkkil cinayətkarlığın yaratdığı kütləvi zorakılıq spiralının qarşısını almaq istəyirik”, deyə xəbərdarlıq mesajı verib. Nazirin strategiyası isə yeni sərt xəttdir. “Biz maliyyə axınını aşkarlayırıq. Cinayət şəbəkələrini məhv edirik. İndi biz Federal Kriminal Polis Ofisində (BKA) istintaq bölməmizi daha da genişləndiririk. Almaniyaya koksun ən vacib giriş nöqtələri üç böyük limandır: Antverpen (Belçika), Rotterdam (Hollandiya) və Hamburq!”, deyə nazir açıqlama verib.
Son məlumatlara görə, ötən il üç liman ölkəsində - Almaniya, Belçika və Hollandiyada 218 tondan çox kokain müsadirə edilib. Tədqiqatçılar hesab edirlər ki, bu, qlobal illik istehsalın təxminən yeddi faizidir həmçinin onların açıqlamasına görə, qurumlar idxal edilən kokainin təxminən 30 faizini ələ keçirir. Nazir bildirir ki, onun ən böyük ümidi kokainin yüklənib gətirildiyi Cənubi Amerika limanlarında və Avropada çatdırıldığı limanlarda nəzarətin gücləndirilməsi, eləcə də mafiya kartellərinin şifrələnmiş gizli mesajlarının “EncroChat” və “SkyECC” proqramları vasitəsilə açılmasıdır.
Bu limanlara nəzarət artıq Perudadır Belə ki, ilin əvvəlində Fayzer Peru, Ekvador, Braziliya və Kolumbiyaya səfər edib və mayın əvvəlində Hamburqda "limanlar sammiti" üçün Aİ-dən həmkarları ilə görüşüb. Fayzer “BILD”-ə bildirib ki, “Cənubi Amerika ölkələri ilə yeni əməkdaşlığımız sayəsində kokain limanlarımıza çatmamış narkotik ticarətini dayandırmaq istəyirik. Limanlardakı bütün şirkətlərdə ciddi nəzarətə, sayıqlığın artırılmasına və korrupsiyaya qarşı sərt mübarizəyə ehtiyacımız var”. Artıq ilk uğurlar var, şimal limanlarında - Hamburq, Rotterdam, Antverpendə əməliyyatların artan təzyiqi narkotik mafiyasını geridə qoyur. Qaçaqmalçılar hazırda İspaniyanın bütün limanlarına hərəkət edirlər".
Federal Kriminal Polis Ofisinin (BKA) müstəntiqlərinin və onların avropalı həmkarlarının ən böyük xəzinəsi narkotik kartellərinin illərdir istifadə etdiyi və indi onlara qarşı istifadə olunan Encro-Chat və SkyECC kimi kripto çatlardan deşifrə edilmiş rabitə məlumatlarıdır. Gömrük və polis Bremerhafen limanında yeni texnologiyadan istifadə etdiyi kimi Almaniyanın digər limanlarında da yeni texnologiyadan istifadə edərək nəzarəti gücləndirib. “EncroChat” məlumatlarına görə, Almaniyada bu günə qədər 3964 şifrəli məlumatın araşdırması aparılıb və 11,3 ton narkotik ələ keçirilib.
Fayzer “BILD”ə müsahibəsində, “Cinayətkarların şifrəsi açılmış mesajları bizə narkokartellərin strukturlarını daha yaxşı başa düşməyə imkan verdi. Nə qədər qətiyyətlə hərəkət etdiyimizi Almaniyada təkcə EncroChat araşdırmaları vasitəsilə icra edilən 1700-dən çox həbs qərarı nümayiş etdirir. Biz narkokartelləri dayandırmaq və cinayətkarları dəmir barmaqlıqlar arxasında oturtmaq üçün hər küncü yoxlamağa davam edəcəyik”, deyə bildirib.
Təhlükəsizlik orqanlarının məlumatına görə, təkcə Almaniyada “SkyECC” məlumatlarına əsasən, gizli mesajların araşdırılması üzrə 750 yeni prosedura başlanılıb və 482 həbs qərarı icra edilib. Açılan işlər üzrə narkotik vasitələr 33,7 ton kokain, marixuana, heroin və sintetik narkotik vasitələr aşkar edilib.
Stopnarkotik.az