Nazirdən açıqlama: Narkoşəbəkəyə qarşı həmlələr davam edir

Son 24 saat ərzində Gürcüstanda narkotik cinayətlərində ittiham olunaraq 34 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bu barədə brifinqdə bildirib. 
"Hüquq-mühafizə orqanlarının əməkdaşları Tiflisdə və regionlarda növbəti uğurlu əməliyyat keçiriblər. Saxlanılanların əksəriyyəti iri narkotik alverçiləridir, bəziləri isə qeyri-qanuni yollarla xüsusilə böyük miqdarda narkotik əldə etməkdə və saxlamaqda ittiham olunurlar. Saxlanılanlar arasında həm Gürcüstan vətəndaşları, həm də əcnəbilər var", - Daraxvelidze bildirib.
Saxlanılan şəxslərin evlərinə baxış zamanı aşağıdakı narkotik vasitələr: fentanil, heroin, metadon, suboksin və marixuana götürülüb. Həbs olunanları 20 ilə qədər həbs və ya ömürlük həbs gözləyir. 

Stopnarkotik.az