Türkiyənin DİN naziri Əi Yerlikaya sosial media hesabında etdiyi paylaşımda İstanbul, Ankara və İzmir də daxil olmaqla 74 vilayətdə 2705 qrup, 6760 personal, 21 təyyarə və 47 narkotik axtarış itinin iştirakı ilə narkotik əməmliyyatı aparıldığını bildirib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyatlar zamanı 1 ton 183 kiloqram narkotik və 2 milyon 790 min narkotik həb ələ keçirildiyini bildirən Yerlikaya, 1811 şübhəlinin nəzarətə alındığını açıqlayıb. Nazir Yerlikaya, "Gənclər, narkotiklə mübarizə sizi qorumaq üçün mübarizədir. Gələcəyinizi oğurlayan narkotiklərdən uzaq durun. Biz sizin yanınızdayıq. Narkotik satıcılarına ən ağır cəzanı veririk və verməyə də davam edəcəyik", deyə açıqlama verib.
Stopnarkotik.az