Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə nazir Anar Əliyev müvafiq əmr imzalayıb.
Fərid Zeynalov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.
ETX-nin sabiq rəisi Samir Germanoviç Rəsulov isə müvafiq əmrlə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Samir Rəsulov 2023-cü ilin avqustunda ETX-nin rəisi təyin edilmişdi.