Nazir əmr imzaladı: Azərbaycanda yeni peyvənd...

Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, profilaktik peyvəndlər təqvimi yenilənib. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, təqvimə GDT Hib Hep B İPV (Heksavaksin) peyvəndi əlavə olunub. 

Təqvim Avropa İttifaqının maliyyə dəstəyi isə Ümumdünya Səhiyyə Təşkilatının həyay keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.