“Bəzi internet və sosial şəbəkə səhifələrində Naxçıvan Muxtar Respublikasında ötən dövr ərzində müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmiş avtomobillərin guya geri alınması ilə bağlı paylaşılan məlumat əsassızdır və həqiqəti əks etdirmir”.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər tibbi göstərişləri olduğu halda minik avtomobili ilə təmin olunurlar. Naxçıvan Muxtar Respublikasında ötən dövrdə verilmiş hansısa avtomobilin geri alınması nəzərdə tutulmur.