Naxçıvanda ovçu saxlanıldı - FERMASINDA DAĞ KEÇİLƏRİ AŞKARLANDI

Naxçıvanda ovçu saxlanılıb, fermasında dağ keçiləri aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, Naxçıvan MR-də polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar.

Ona məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 ədəd dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunur.

Araşdırmalar davam etdirilir.