Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.
Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.
Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də "TikTok" platformasında " azturan83 ", " turanbank_az ", " azeturanbank " və " krediagro " adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50 yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
şdırmalar davam etdirilir.