Naxçıvan Muxtar Respublikasında daha bir nazirlikdə yoxlamalar başlayıb.
Stopnarkotik.az xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yoxlamalar aparır.
Məlumata görə, Hesablama Palatasının iş qrafikinə uyğun olaraq 2021 və 2022-ci il dövrü üzrə yoxlama aparılır.
Səhiyyə Nazirliyi yoxlamalarla bağlı xəbəri təsdiq edib.