Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edildi

Naxçıvan polisinin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. 

Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Culfa RPŞ-nin əməkdaşları tərəfindən 755 620 kol, Şərur RPİ-nin əməkdaşları tərəfindən 18 500 kol, Ordubad RPŞ-nin əməkdaşları tərəfindən 5 852 kol, Şahbuz RPŞ -nin əməkdaşları tərəfindən 9 912 kol olmaqla, ümumi çəkisi 74 tona yaxın olan 789 884 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.