Rusiya Federasiyasının İstintaq Komitəsi rusiyalı müxalifət lideri Aleksey Navalnının anasına oğlunun cəsədini ən azı iki həftə ona verməyəcək.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Aleksey Navalnının mətbuat katibi Kira Yarmış məlumat verib.
"Müstəntiqlər Alekseyin vəkillərinə və anasına meyiti buraxmayacaqlarını bildiriblər. Onun üzərində daha 14 gün kimyəvi ekspertiza aparılacaq", - K.Yarmış bildirib.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov da oxşar qərarı açıqlayıb.