NATO gələn həftə Aralıq dənizində illik "Stadfast Noon" nüvə təlimlərinə başlayacaq.
Stopnarkotik.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
"NATO gələn həftə "Steadfast Noon" nüvə təliminə başlayacaq.Təlimlər Aralıq dənizi, İtaliya və Xorvatiya üzərində baş tutacaq. Bu təlimlər bizim nüvə çəkindirici vasitəmizin etibarlılığını, effektivliyini və təhlükəsizliyini təmin edəcək. NATO bütün müttəfiqlərini qoruyacaq", - deyə Stoltenberq bildirib.
Baş katib təlimin parametrlərini açıqlamayıb.