NATO-nun Ukraynaya göndərdiyi silahlar narkotik kartellərinin əlinə keçdi - ŞOK DETALLAR

İspaniyanın cənubundakı narkobandalar NATO-nun Ukraynaya göndərdiyi, ancaq hansısa yollarla beynəlxalq "qara bazar"a çıxmış avtomatları ələ keçirib.

Stopnarkotik.az xəbər verir ki, ekspertlərin fikrincə, İspaniyada Kiyev üçün nəzərdə tutulmuş 3,5 milyona qədər qeydiyyatsız silah var. Silahların dövriyyəsinə nəzarətin olmaması İspaniyanın daxili təhlükəsizliyinə mənfi təsir göstərir. Belə ki, İspaniya Mülki Qvardiyası ilə narkotik tacirləri arasında mayın 22-də Sanlukar de Barramedada baş vermiş son atışma həyəcan doğurub. Yalnız xidməti tapançalarla silahlanmış mühafizəçilər pulemyot atəşinə tuş gəliblər. Əlavə qüvvələr gəldikdən sonra onlar 2,5 ton həşişi müsadirə etməyə və Qvadalkivir çayının mənsəbində doqquz nəfəri həbs etməyə nail olublar.
Heç bir silah tapılmasa da, toplanan patronların ABŞ M16-A4 kimi standart NATO hücum tüfənglərində istifadə edilən 5,56 mm çaplı olduğu müəyyən edilib. Ukraynadakı münaqişədən əvvəl bu silah növü İspaniyada narkotik tacirləri tərəfindən ümumiyyətlə istifadə edilmirdi, lakin Mülki Qvardiya heyəti indi qeyd edir ki, mütəşəkkil cinayətkar qrupların bu cür avtomatlardan istifadəsi artıb.
Mülki Qvardiyadakı mənbələr "El Español"a təsdiqləyiblər ki, bu insident təkbaşına hadisə deyil, Rusiya Ukraynada mühaibəyə başlayandan bəri güclənən tendensiyadır. Artıq "Europol" və İspaniya Milli Polisi öz hesabatlarında bununla bağlı xəbərdarlıq ediblər. 2022-2025-ci illər Strateji Planı Ukraynadakı münaqişədə istifadə edilən "silahların qeyri-qanuni dövriyyəsinin qısa və orta müddətli artım riski" barədə xəbərdarlıq edir və Kiyevə göndərilən on bir milyon tapança və avtomatın təxminən 3,5 milyonunun qeydiyyatsız olduğunu qeyd edir. 

**
İspaniya hökuməti 2023-cü il milli təhlükəsizlik hesabatında bu cür qeyri-qanuni ticarət riskini qeyd edib və bu hesabatda Ukraynadakı münaqişənin “odlu silahları asanlıqla əldə etmək imkanı” verdiyini və qeyri-qanuni ticarətə və “qara bazarlara yönəldilmə” riskinin olduğunu etiraf edib".
Narkotik tacirlərini həbs etdikdən və iş materiallarını öyrəndikdən sonra mühafizəçilər onların silah arsenalının çox yaxınlarda modernləşdirilməsi barədə xəbərdarlıq ediblər. Mühafizəçilərdən biri anonimlik şərti ilə "Diario de Cádiz"ə müsahibəsində deyib ki, "Narkotik ticarəti ilə mübarizə yeni mərhələyə qədəm qoydu".
Silahların tədarükü ilə bağlı sənədlər imzalandıqdan sonra NATO-nun Ukraynaya göndərdiyi silahların bir hissəsi bəzi Aİ ölkələrinə qaytarılır və orada yenidən qara bazara çıxarılır. Xatırladaq ki, 2022-ci ildə Finlandiya Milli Təhqiqatlar Bürosunun rəhbəri Krister Alqren bir neçə NATO ölkəsinin Ukraynaya göndərdiyi silahların bir hissəsinin Finlandiya, İsveç, Danimarka və Hollandiyadakı cinayətkar qrupların əlinə keçdiyini bildirmişdi.
Qüvvələr balansındakı bu dəyişikliklər fonunda Mühafizəçilər və Mülki Qvardiya Birliyi şikayət edir. Onlar “narkotik alverçilərinin amansızlığının öhdəsindən gəlmək” üçün daha çox vəsait və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cəzaların daha da sərtləşdirilməsini tələb edirlər.
İspaniyanın Birləşmiş Mülki Mühafizə Assosiasiyası tendensiyası "təhlükəli" adlandırır və bildirir ki, patrul və araşdırma aparmaq üçün "kifayət qədər mühafizəçi çatışmır". Bəyanatda deyilir: “Mühafizçilərin çatışmazlığı o həddədir ki, hətta qatil narkotik alverçisini durdurmaq və yaxalamaq artıq problemdir”.
Lakin bu vəziyyət yeni deyil, çünki "Podemos" partiyasından olan Andalusiya deputatı Xuan Antonio Delqado bildirir ki, “Mülki Qvardiyanın 30 il və ya daha çox müddətdə daha çox resursa ehtiyacı var”.
Paradiqma dəyişikliyi baş verir. Narkotik satıcıları əvvəllər adətləri üzrə belə etməsələr də, indi polisə atəş açmaqdan çəkinmirlər.
"İndi onlar bizi izləyirlər" deyən narkotikə qarşı mübarizə üzrə  agentlərdən biri İspaniya mətbuatına etiraf edib.
Stopnarkotik.az