“Xalisko Yeni Nəsil Karteli” və onun lideri El Mençonun çirkli pulların yuyulmasına cavabdeh əsas şəxs Oskar Antonio Alvares Mexiko hava limanında həbs edilib. KİV lər xəbər verir ki, narkokartelin "baş mühasibi" Barselonadan izlənib, İspaniyadan Mexikoya düşən kimi tutulub.
Əməliyyatçıların dediyinə görə, Alvares narkokartel üçün çirkli pulları tekila, daşınmaz əmlak və maldarlıq sferalarında “yuyub”.
İttiham aktında həmçinin iddia olunur ki, saxlanılan şəxs notariusların köməyi ilə Xalisko şəhərinin bir neçə bələdiyyəsində kartel üçün daşınmaz əmlakın adlarını dəyişib.
Bəzi KİV-lər qeyd edirlər ki, Meksika təhlükəsizlik qüvvələrinin bu canfəşanlığı Donald Trampın narkoterrorun maliyyələşdirilməsini parçalamaq hədələrindən sonra başlayıb. Və əgər Şeynbaumun kabineti Sinaloa kartelini vurursa, indi onlar kursu bir az dəyişir, ölkənin ikinci ən böyük mütəşəkkil kriminal qrupunu sıradan çıxarmağa çalışırlar.
“Xalisko Yeni Nəsil Karteli”nin "baş maliyyə funksionerinin" həbsini elan edən səs-küylü başlıqlara gəlincə, kartelin bundan çox zərər görəcəyi dəqiq deyil. Əgər karteldə bir neçə maliyyə operatoru olmasaydı, El Menço El Menço olmazdı. Və onları mütəmadi olaraq son istifadə tarixlərinə görə dəyişməzdi.
Stopnarkotik.az