Narkotk zəhərlənməsindən həyatını itirən reper izdihamlı vida mərasimi ilə son mənzilə yola salınır

Bu gün Ruisyalı reper Paşa Texnikin dəfn mərasimi keçirilir. Onunla vida mərasimi günorta saat 12-də Moskvanın Lefortovo rayonundakı Pyotr və Pavel kilsəsində başlayıb. İndi insanlar mərhumun xatirəsini ehtiramla yad etmək üçün çiçəklərlə kilsəyə gəlməyə davam edirlər.

Stopnarkotik.az xəbər verir ki, kütləvi insan axını səbəbindən kilsənin ərazisi dolub. Vida mərasimində elə böyük izdiham yaşanıb ki, insanları kilsənin içinə yerləşməyiblər, darvazanın kənarında, həyətdə küçədə dayanıblar. İzdiham Paşa Texnikin adını xorla səsləndirərək onu ehtizazla tərənnüm edir. İzdiham üzündən yol hərəkəti iflic vəziyyətinə düşüb.

Reper aprelin 4-də dünyasını dəyişib. Paşa Texnik Tailandda xəstəxanada dünyasını dəyişib. O, qanunsuz preparatlardan, çox güman ki, narkotiklərdən ağır zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

P.S. Maraqlıdır, reperlə vida mərasiminə axışan insanların kumirlərinin narkotikdən həyatını itirməsi bu yolda olanlara ibrətverici dərs oldumu? Bu əslində elə bizə də aiddir...

Stopnarktoik.az