Narkotiklərlə bağlı 2838 nəfər cinayət məsuliyyətinə cəlb edilib - 93 NƏFƏRİ QADINDIR

Bu ilin altı ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2838 nəfər cəlb edilib.

Bu barədə Stopnarkotik.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 2 745-i kişi, 93-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş 52 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 722 kq 214,275 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 198,217 qr çətənə kolu götürülüb.