Narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilənlərin sayı açıqlandı

Cari ilin yanvar-sentyabr aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4253 nəfər cəlb edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd olunub.

Onlardan 4127 nəfəri kişi, 126-sı qadın olub.

Məsuliyyətə cəlb edilmiş 79 xarici ölkə vətəndaşından ümumilikdə 936 kq 421,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.