Narkotikləri leqallaşdırmaq narkoticarətin qarşısını ala bilərmi? - Təcrübə deyir ki, "YOX"

Bir sıra ölkələrdə marixuananı leqallaşdıran qanunun qəbul edilməsi ilə narkomaniyanın və narkotik ticarətinin qarşısının alınacağını yaxud bu bəlanın qismən səngiyəcəyini hesab edirlər. Amma təcrübə əksini göstərir. Belə ki, ABŞ-ın Oreqon ştatında heroin, metamfetamin və kokain kimi ağır narkotikləri dekriminallaşdıran qanunun qəbul edilməsinin üç ili tamam olduqdan sonra yaşanan ölüm və dağıntılar çoxlarını onun ləğvi üçün yalvarmağa sövq edir.

Stopnarkotik.az xəbər verir ki, Biver əyalətində narkotikə bağlı ölümlər, "110-cu düzəliş"in 58% səs çoxluğu ilə qəbul edilməsindən əvvəl 2019-cu ildə 280 idisə, bu il 955-ə çatıb. Başqa sözlə, yüksək narkotik dozası halları 13 dəfə artıb.

"Bu mənim ürəyimi parçalayır", deyə Portlanddakı şəxsi mühafizəçi Maykl Bok bu kəskin ölüm artımı ilə bağlı bazar ertəsi "Amerikanın xəbərlər şöbəsi"ndə bildirdi. "110-cu düzəlişin qəbulundan öncə mən bir insanı da həyata qaytarmamışdım. 110-cu düzəlişin qəbulundan sonra demək olar ki, bu hər gün olur...Bunlar bizim dostlarımızdır, qardaşlar, atalar, bacılar, əmioğlulardır... biz həyat itkisindən danışırıq və biz fərqli bir şey etməliyik. Məsələ ciddidir", Maykl Bot deyir.

Ştatdakı “Emerson Kolleci”nin avqust ayında keçirilən sorğusuna görə, Oreqonluların 56%-i indi bəzi qeyri-qanuni narkotiklərin saxlanmasını maksimum 100 dollar cərimə ilə cəzalandıran qanunun ləğvini dəstəkləyir. Sorğuya görə, daha çox Oregon əhalisi, yəni onların təxminən üçdə ikisi - narkotik maddələr saxlamağa görə cəzaları bərpa etmək üçün 110-cu düzəlişin ləğv edilməsini dəstəkləyir, yalnız 36% isə düzəlişin olduğu kimi qalmalı olduğuna inanır. Sorğu həmçinin göstərib ki, Oreqon seçicilərinin 54%-I düzəlişin ştatda evsizliyi daha da artırır, 50% isə inanır ki, cəmiyyət daha az təhlükəsizdir.

Bok deyir ki, narkotiki leqallaşdıran 110-cu düzəlişin qüvvəyə minməsindən bəri opioidlərə bağlı ölümlər "müntəzəm hadisə"dir və o, insanların həyatını xilas etmək üçün dəyişikliklərə çağırır. "Burada narkotik asılılığına məruz qalmış insanlar kənara atılır və bu, həqiqətən ürəksıxıcıdır. Başqalarının gördükləri və ya etdiklərindən danışa bilmərəm, amma sizə gördüklərimə əsasən  deyə bilərəm ki, bu faciəvidir və dəyişməlidir", Bok ifadə edir.

"110-cu düzəliş” adlandırılan qanun layihəsi əvvəlcə daha çox sağlamlıq xidmətinə üstünlük verərək, narkotik aludəçilərini həbsxana sistemindən kənarda saxlamaq məqsədi daşıyırdı. Qanun layihəsində deyilir: “Asılılıqdan əziyyət çəkən insanlar cəza ilə deyil, səhiyyə xidmətləri ilə daha effektiv müalicə olunurlar. Səhiyyə baxımından yanaşma, asılılıqdan əziyyət çəkən insanların ehtiyaclarını müəyyən etmək üçün sağlamlıq qiymətləndirməsini və onların ehtiyac duyduqları xidmətlərə qoşulmasını əhatə edir".

O zaman tənqidçilər 110-cu düzəlişin təcrübə məqsədli olduğunu, dövlətin kəskin dəyişikliyi idarə etmək üçün zəif təchiz olunduğunu iddia edirdilər.

"Hazırda insanlar bir araya gələrək bu düzəlişin sadəcə inanılmaz yük, inanılmaz böhran olduğunu və buradakı insanların, mənim, iş yoldaşlarımın və komandamın qalan hissəsinin bərbad vəziyyətdə olduqlarını başa düşməlidirlər. Bu işə yaramadı", deyə Bok bildirir. 

Narkotikləri leqalaşdırmağın nə narkomaniyanın, nə narkotik ticarətinin qarşısın ala bilmədiyi, həm də vəziyyəti yüngülləşdirmədiyi ortadadır. Bəs elə isə Avropa və ABŞ başqa olmaqla bir çox ölkələrdə narkotikləri leqallaşdırmaya yönəlik təbliğatın məqsədi nədir? Həqiqətənmi bu kriminogen durumu yüngülləşdirmək məqsədi daşıyır? Bəlkə məqsəd narkotiki leqallaşdırmaqla insanların özü-özünü məhvə sürükləməsinin qarşısında qanuni əngəli ortadan qaldırmaqdır? Həm də burada ölümə görə məsuliyyəti istifadəçinin öz üstünə qoymaqdır? Bu daha məntiqlidir.

Stopnarkotik.az