Nərimanov rayonu ərazisində yeni inşa olunan binaların birindən 7200 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Mirzəliyev və qardaşı Rahib müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.