Dekabrın 3-də Masazır qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 1500 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 36 yaşlı N.Əliyev saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Məlumata əsasən, N.Əliyev Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.