NARKOTİKLƏ ƏLAQƏDAR 34 NƏFƏR SAXLANILDI - 9 nəfərdə silah-sursat aşkarlandı

Avqustun 21-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.

Stopnarkotik.az