NARKOTİKLƏ ƏLAQƏDAR 20 NƏFƏR SAXLANILDI - 11 nəfərdə silah-sursat aşkarlandı

Ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 241, o cümlədən borclu şəxs qismində axtarışda olan 208 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.