Cinayət faktlarının maraqlı və mühüm tərəfi məhkumların islah olunması məsələsidir. Problemin mənzərəsinə nəzər saldıqda, islahın o qədər də geniş rast gəlinən hal olmadığını görürük. Bunu narkotiklə bağlı cinayət halları ilə bağlı da demək olar. Gələk mətləbə.
2025-ci ilin yanvar-iyul aylarının statistikasına əsasən, narkotiklə bağlı 1490 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 080 kq 087,29 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Stopnarkotik.az bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatına istinadla xəbər verir.
2025-ci ilin yanvar-may dönəmində isə narkotiklə əlaqədar 872 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 791 kq 291,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
2024-cü ilin yanvar-iyul ayı ərzində narkotiklə əlaqədar 1780 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 344 kq 818,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.
Rəqəmlərdən göründüyü kimi, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2025-ci ilin yanvar-iyul aylarında təkrar cinayət törətmiş keçmiş məhkumların sayında 290 ədəd azalma müşahidə olunub.
Amma 2025-ci ilin yanvar-may dönəminə nisbətən yanvar-iyul aylarında narkotiklə əlaqədar təkrar cinayət törətmiş məhkumların sayı 618 nəfər artıb.
Stopnarkotik.az