Narkotiklə bağlı cinayətlər rəqəmlərdə - HESABAT

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissyasının hesabatına görə, 2025-ci ilin yanvar-iyul dönəminə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə  3184 nəfər cəlb edilib, həmin şəxslərdən 3084 kişi, 100 qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşından ümumilikdə 722 kq 267,845 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə  və 271,772 qr çətənə bitkisi  götürülmüşdür.

2025-ci ilin yanvar-may ayları dövründə isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2042 nəfər cəlb edilib, onlardan 44 nəfəri xarici ölkə vətəndaşı olub.

2024-cü ilin yanvar-iyul aylarında isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4400 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 332 nəfər, 26-29 yaşadək 707 nəfər, 30 yaş və ondan yuxarı isə 3360 nəfər təşkil edib. Həmin şəxslərdən 4265-i kişi, 135-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşı olub.

Göründüyü kimi, bu ilin yanvar-iyul dönəmində 2024-cü ilin eyni dönəmi ilə müqayisədə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət sayında azalma müşahidə olunub, 2025-ci ilin yanvar-may dönəmindəki 2042 rəqəmi 1142 nəfər artaraq yanvar-iyul aylarında 3184-ə çatıb.

 2024-cü ilin yanvar-iyul dönəminə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşı olub, 2025-ci ilin yanvar-may dönəmində bu say 44 nəfər olub. 2025-ci ilin yanvar-iyul ayında narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş xarici vətəndaşların sayı 64 nəfər olub ki, bu da 20 nəfər çoxdur.  

Stopnarkotik.az